"Xəzər Lənkəran"da daha bir ciddi itgi

"Xəzər Lənkəran" "Bakı" ilə oyuna ciddi itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, Cənub komandasının hücumçusu Ağabala Ramazanov "Qəbələ" ilə oyunda sarı vərəqə almaqla cəzalı duruma düşüb. O, "Bakı" ilə keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Bundan əlavə, qırmızı vərəqə alan Elvin Mirzəyev və sarı kart limitini dolduran Rasim Ramaldanov, eləcə də zədəli olan İlyas Səfərzadə də mayın 2-də keçiriləcək oyunda XL-ə kömək edə bilməyəcək.

Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right