Premyer Liqanın XXXII turunda səfərdə “Bakı” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlara start verib.
Newsport.az-ın məlumatına görə, aprelin 28-də saat 17:00-da stadionu ehtiyat meydançasında tam heyətlə məşqə çıxıb. Çiynindəki zədəni sağaltmaq üzrə olan Xorvat qapıçı Vyakeslav Tomiç də artıq Lənkərana gələrək komandaya qoşulub. Aprelin 28-də keçən məşq zamanı isə o ayrıca, fərdi qayda çalışaraq qaçışla kifayətlənib. (12cioyuncu.info)