"Qarabağ" UEFA-nın qərarından narazıdı: Bu dəfə CAS-a müraciət edəcək

"Biz hakimin səhv qərarları ilə bağlı UEFA-ya şikayət etsək də, buna arzuladığımız şəkildə cavab ala bilmədik".

Newsport.az-ın məlumatına görə, bu sözləri türkiyəli vəkil Qürur Qayə Günal deyib. O, bildirib ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyunundakı sayılmayan qol ilə bağlı UEFA-nın yekun qərarından narazıdı və bununla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək:

"Bunu da onunla izah etdilər ki, hakim epizodu elə görüb və qərarı dəyişə bilməzlər. Bu üzdən də biz bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyik və məsələyə Lozannada baxılacaq".

"İnter"lə Bakıda baş tutan oyunda çexiyalı hakim Miroslav Zelinka "Qarabağ"ın təmiz qolunu qeydə almamışdı. Nəticədə, Ağdam klubu qrupda qalmış, əvəzində növbəti mərhələyə Ukraynanın "Dnepr" klubu yollanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right