"Xəzər Lənkəran" Premyer Liqanın XXXII turunun "Qarabağ"la oyunu öncəsi ciddi itkilərlə üzləşib.
Newsport.az-ın məlumatına görə,cənub təmsilçisi 2 aparıcı futbolçusundan məhrum olub.
Belə ki, "Qəbələ" ilə oyunda qırmızı vərəqə görən Elvin Mirzəyev cəzalı duruma düşüb. Ondan başqa, Rasim Ramaldanov da meydana çıxa bilməyəcək. Müdafiəçi son ev matçında 8-ci sarı vərəqəsini alıb.