Premyer Liqanın XXXII turunda "Sumqayıt"la qarşılaşacaq "Neftçi" oyuna ciddi itki ilə çıxacaq.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" aparıcı müdafiəçisinin xidmətindən yararlana bilməyəcək.
Belə ki, Karlos Kardoso qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək. Buna səbəb braziliyalı futbolçunun XXXI turun "Qarabağ"la oyununda qırmızı vərəqə görməsidi.