UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Zirə” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.
Oyun “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran qolu 82-ci dəqiqədə Tamerlan Burcəliyev vurub.