"Әn çox danışılan isә bizim qәlәbә seiyamızdı"-Viktor Mendi

Azərbaycan Premyer Liqasının 31-ci turunda "Qәbәlә" sәfәrdә "Xәzәr Lәnkәran"la üz-üzә gәlib. Roman Qriqorçukun komandası bu oyunda 1:0 hesablı qәlәbә qazanıb.

Oyundan sonra Newsport.az-a açıqlama verən "Qәbәlә"nin seneqallı hücumçusu Viktor Mendi matç haqqında fikirlәrini bildirib: "Çәtin matç oldu. Bu matça da 3 xal üçün çıxmışıq. Sevinirәm ki, qәlәbә qazandıq. 8 oyunluq qәlәbә seriyamızı davam etdirdik. Hәr oyunda qәlәbә qazandıqca ,baş mәşqçimiz bizdәn daha yaxşısını tәlәb edir. Ona görә yüksәk motivasiya ilә oyunlara hazırlaşırıq. "Xәzәr Lәnkәran" pis oynamadı. Sadәcә biz dә yaxşı oynadıq vә imkanlarımızı dәyәrlәndirdik. Әn çox danışılan isә bizim qәlәbә seiyamızdı. Amma bunun önәmi yoxdu. Bizim borcumuz hәr matçdan 3 xalla ayrılmaqdı"

Forvard "Xәzәr Lәnkәran"ın hakimlikdәn narazı olmasına belә şәrh verib: "Bu gün biz daha yaxşı oynadıq vә qәlәbә qazandıq. Rәqib komandanın narazılığı haqqında isә heç nә deyә bilmәrәm. Çünki hakimi müzakirә etmәk bizә düşmәz. Sadәcә fikrimcә, referi yaxşı oyun idarә etdi"

Mendi növbәti turda "Qarabağ"a qarşı keçirәcәklәri oyundan da danışıb: "Çәtin matç olacaq. Hәmin oyuna da 3 xal üçün çıxacağıq. İnanıram ki, bu çәtin vә vacib qarşılaşmada da qalib gәlә bilәcәyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right