"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Neftçi" ilə matçdan sonra Newsport.az-a müsahibə verib:
- Rəşad oyunla bağlınə deyəcəksən?
- Məncə, gözəl oyun oldu. Azərbaycanın iki böyük klubu oynadı, hamı da məmmun qaldı.
- "Simurq”la oyunlardan sonra komandada yorğunluq hiss olunurdu...
- Çox yorulmuşduq. Elə oyun başlayandan da yorğun görünürdük. Şükür Allaha “Neftçi” qol vursa da , biz qələbə qolunu vurduq. Özümüzdə güc tapdıq.
- O zaman xarakter hesabına uddunuz?
- Əslində hər iki komanda xarakter göstərdi. “Neftçi” özü də iki qol buraxdıqdan sonra, hesabı bərabərləşdirdi. Biz də sonda qələbə qolunu vurduq.
- Matçdan sonra azarkeşlər səni yanına çağırdı...
- Hamı bilir ki, “Neftçi”nin də qəlbimdə böyük yeri var. Həm “Neftçi”, həm də “Qarabağ” mənə doğmadı. Hər iki komandanın azarkeşlərinə hörmətim var.
- Çempionluğa bir az da yaxınlaşdız...
- Yox , hələ bu barədə danışmaq istəmirəm. Hələ səfərdə ardıcıl iki oyunumuz var, “Qəbələ” və “Xəzər Lənkəran”a qarşı. Sona kimi mübarizə aparmaq lazımdı.