"Qarabağ"ın yarımmüdafiəçisi, "Neftçi" üzərindəki qələbədə bir qol vuraraq pay sahibi olan Cavid Tağıyev Newsport.az-a müsahibə verib:
- Oyun haqda nə deyəcəksən?
- Çətin oyun oldu. Belə olacağını da bilirdik. Son vaxtlar ardıcıl çətin oyunlar oldu. Qələbə qazandığımız üçün sevinirik. “Neftçi” də yaxşı komandadı, onlara uğurlar arzulayıram. Bizimlə oyuna da hər zaman yaxşı hazırlaşır.
- "Neftçi” sizə qarşı sərt oynayırdı, bu sizi qorxutmurdu ki?
- Yox, qorxu yox idi. Bu futboldu, hər zama belə oyunlar olur. Hər zaman “Neftçi” ilə oyun gərgin mübarizə şəraitində keçir.
- 4-5 oyun qabaq oyunun alınmırdı, 2 oyun ehtiyatda qaldın. Sonradan start heyətində meydana çıxaraq qollarını vurursan. Demək olar ki, Cavid öz oyununu tapıb?
- Arada olur da. Bəzi oyunlarda istədiyim kimi oynaya bilmədim. Vurduğum qollar mənə çox həvəs gətirdi. Əlimdən gələnnin ən yaxşısını edirəm.
- Birinci hissəyə nisbətən ikinci yarıda komanda zəif mübarizə apardı...
- Hesabda irəlidəydik, bəlkə də ona görə oldu. Müdafiəyə yönümlü oynadıq. İkinci hissənin əvvəllərində çox komanda müdafiəyə meyilli oynayır. Əsas odu nəticəni qazandıq.