"Bəzi şeyləri daha əvvəldən həll etmək lazım idi" - Visente Qomes

"Demək olar ki, oyuna pis başlamadıq. Penalti epizodumuz oldu, yararlana bilmədik. Slavik Alxasov və Filip İvanoviçin zədələnməsi oyunumuza təsir etdi. Rəqib qol vurdu və qələbə qazandı".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 9-cu turunda bu gün “Zirə”yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib. 

- Ardıcıl 6 oyundur ki, məğlub olursuz. Bunun səbəbini nədə görürsüz?

- Bu situasiyada nəsə demək çətindir. Penalti epizodumuz olur, yararlana bilmirik. Sonra rəqib sadə epizodda fərqləndi. Məğlubiyyətlərə səbəb qol imkanlarımızdan yararlana bilməməyimizdir. Son 4 oyunda yaratdığımız qol imkanlarından fərqlənə bilmiriksə, bu, çətin bir şeydir, inanılmazdır. İstədiyimiz nəticəni əldə edə bilmədik, çox üzgünəm.

- Bu gün Ramil Şeydayev mərkəz hücumçusu kimi oynadı. Əvvəlki oyunlarda cinahlarda çıxış edirdi. Onda nə fərq gördüz?

- Ötən oyunda da Ramil mərkəzdə oynamışdı. Elə də böyük bir fərq görmürəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right