"Qarabağ"ın klubunun vitse-prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasının 31-ci turunda "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlama verib.
Newsport.az-ın məlumatına görə, gözəl 3 xal qazandıqları ölkə derbisindən sonra belə danışıb:
"Çox gözəl oyun alındı. "Qarabağ" bu gün üstünlüyünü bir daha göstərdi və hər kəsə sübut etdi ki, Azərbaycanın ən böyük klubudur. "Qarabağ" həm də ölkəmizi Avropada layiqli təmsil edə biləcək klubdur. Qələbə qazanmağımıza baxmayaraq, hələ də çempion olmağımız barədə danışmaq olmaz. Çünki hələ sona 5 tur var.
Eləcə də, hər kəsi "Neftçi"ylə ölkə kubokunun final oyununa dəvət edirəm. Şox möhtəşəm oyun olacaq".