Qurban Qurbanov: "Stadionda necə əhval-ruhiyyə vardısa..."

“Düşünürəm ki, hər birimiz üçün maraqlı bir oyun oldu. Stadionda necə əhval-ruhiyyə vardısa, oyun da elə alındı". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı  daha sonra sözlərinə belə davam edib:

"Ağır bir qrafikdə oynayırıq. Həm “Neftçi” üçün, həm də bizim üçün ağır görüş idi. Düşünürəm ki, bu qrafikdə uğurlu oyunlar sərgilədik. Həm kubokun finalına vəsiqə qazandıq, həm də çempionatda ardıcıl qələbələr qazandıq. Mən “Neftçi”ni təbrik etmək istəyirəm. Rəqib yaxşı oyun sərgilədi. Düşünürəm ki, azarkeşlər bu gün oyuna rəng qatdılar. Stadionda həm həm yaşlı, həm də gənc insanlar vardı. Bu gün keçirilən oyun gələcəkdə azarkeşlərin stadionlara gəlməsi üçün bir vasitə olacaq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right