"Xal itirmək olmazdı" – Sxadadze

Premyer Liqanın XXXI turunda "İnter" doğma meydanda AZAL-ı 2-0 hesablı məğlubiyyətə uğradıb.

Newsport.az-ın məlumatına görə, "bankirlər"in baş məşqçisi Kaxaber Sxadadze oyunla bağlı fikirlərini açıqlayıb:

"Bu gün qələbə qazanmaq çox vacib idi. Görürsünüz ki, "Qəbələ" necə oyun sərgiləyir. Bütün bunları nəzərə alsaq, xal itirmək olmazdı. Oyunu çox ağıllı qurmuşduq. AZAL-ın 3 sürətli oyunçusu var ki, onlar əks hücuma əla çıxırlar. Biz də 3 mərkəz müdafiəçisi ilə oynayıb, AZAL tərəfdən gələ biləcək təhlükəni qarşılamış olduq. Daha sonra topu özümüzdə çox saxladıq və lazım olan vəziyyətlərdə qol vura bildik".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right