"Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam"- Qriqorçuk

“Şadam ki, növbəti 3 xalımızı qazandıq. Oyun barədə isə şərh vermək istəmirəm. Çünki komandamın oyunundan narazıyam".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 31-ci turunda "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, onun üçün qələbə seriyasının fərqi yoxdur:

"Lənkərandakı oyun dərs oldu. Bu matç eyni səviyyədə qalıb-qalmamağımızı yoxlamaq üçün bir dərs kimidir. Bəlkə də bəzi futbolçular düşünüb ki, "Xəzər Lənkəran"ı rahatlıqla məğlub edəcəyik".

R.Qriqorçuk  oyunçularının matça tam hazır olmadığını vurğulayıb:

"Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam. Amma bunun “Xəzər Lənkəran”la oyuna təsadüf edəcəyini düşünmürdüm”.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right