Bu gün Milli qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı orta məktəbdə görüş olub.
Newsport.az-ın məlumatına görə, “Qarabağ” klubu ilə oyun ərəfəsində baş tutmuş tədbirdə Milli qəhrəman Yuri Kovalyovun qardaşı – əvəzedici komandanın qapıçılarla işləyən məşqçisi Vitali Kovalyov, “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov, futbolçular Aqil Məmmədov, Kaue da Silva, eləcə də klubun digər rəsmi şəxsləri iştirak ediblər. Görüşdə məktəblilərə azarkeş formaları və şərflər hədiyyə olunub.