Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turun bütün oyunları eyni günə nəzərdə tutulub.
“Xəzər Lənkəran” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Ardıcıl altı oyunda qələbə qazanan Roman Qriqorçukun komandası Lənkəran səfərindən də üç xalla dönməyə çalışacaq.
Kubokun yarımfinalında mübarizəni dayandıran “Simurq” səfərdə “Sumqayıt”ın qonağı olacaq.
“İnter” öz meydanında AZAL-la üz-üzə gələcək. İkinci pillədə qərarlaşan “bankirlər” ardıcıl dörd oyunda qələbəyə həsrət qalan AZAL-ı xalsız yola salmağa çalışacaq.
Turun ən maraqla gözlənilən oyunu da paytaxda baş tutacaq. Burada əzəli rəqiblər - “Qarabağ” və “Neftçi” qarşılaşacaq. İki mövsümdür Ağdam təmsilçisinə qalib gələ bilməyən paytaxt klubu bu uğursuz seriyanı qırmaq niyətindədir. Qurban Qurbanovun komandası isə üç xal qazanıb çempionluğa bir qədər də yaxınlaşmaq fikrindədir.
25 aprel
Azərbaycan Premyer Liqası, 31-ci tur
19:00. “Qarabağ” – “Neftçi” - 3:2
Qollar: Muarem Muarem, 15 (1:0), Cavid Tağıyev, 29 (2:0), Araz Abdullayev, 30 (2:1), Nikolas Kanales, 59 (2:2), Leroy Corc, 69 (3:2)
Qırmızı vərəqə: Karlos Kardozo, 75 ("Neftçi")
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev
“Bakcell Arena”
18:00. “İnter” – AZAL - 2:0
Qollar: Arif Daşdəmirov, 59 (1:0), 75 (2:0)
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov
“İnter Arena”
17:00. “Xəzər Lənkəran” – “Qəbələ” - 0:1
Qol: Cavid Hüseynov, 48 (0:1)
Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1 ("Xəzər Lənkəran")
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Sumqayıt” – “Simurq” - 1:0
Qol: Pərdis Fərcad-Azad, 49 (1:0)
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
Sumqayıt şəhər stadionu.