"Qarabağ"ın futbolçusu yenidən Almaniyaya gedəcək

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən Namiq Ələsgərov Almaniyanın Plattlinq şəhərində uğurla cərrahiyə əməliyyatı olunub və ilkin fizioterapiya kursunu keçib.

Newsport.az-ın məlumatına görə, 4-6 həftə sonra futbolçunun Almaniyada növbəti fizioterapiya kursu olacaq.

"Qarabağ"a məxsus futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right