Aprelin 27-dən mayın 1-dək Bakıda AFFA-nın təşkilatçılığı ilə qadın məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun 2-ci mərhələsi keçiriləcək.
Newsport.az-ın məlumatına görə, AFFA-nın Futbol akademiyasında təşkil olunacaq məşğələlərə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales rəhbərlik edəcək.