Bir milyonluq Reynaldo

"Transfermarkt" portalı "Qarabağ"ın hücumçusu Reynaldo Silvanın qiymətini artırıb. 

Newsport.az-ın məlumatına görə, 26 yaşlı braziliyalının dəyəri 1 milyon avro olub. Forvardın son qiyməti 700 min avro idi.

Əvəzində Premyer Liqada çıxış edən əksər legionerlərin əvvəlki qiymətləri aşağı düşüb. "Qarabağ"ın digər braziliyalı oyunçusu Danilo Dias vaxtilə 2 500 000 avro ilə qiymətləndirilirdisə, indi 1 200 000 avroyadır.

Qiyməti artan futbolçular arasında İbrahim Şehiç (700 000 avro), Draqan Çeran (650 000), Qara Qarayev (500 000), Vüqar Nadirov, Muarem Muarem, Ruslan Abışov, Cavid Hüseynov, Bədavi Hüseynov (450 000), Derlis Meza Kolli, Məhəmməd Mirzəbəyov, Araz Abdullayev, Maksim Medvedev, Səlahət Ağayev, Baçana Sxadadze və Cavid Tağıyev (400 000) də var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right