Azərbaycan milli komandasının Serbiya yığması ilə yoldaşlıq görüşü keçirəcəyi təsdiqlənib.
Newsport.az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplantısı keçirəcək Prosineçkili milli iyunun 7-də Serbiya ilə qarşılaşacaq. Bu haqda Prosineçki deyib.
Bundan 5 gün sonra isə milli komandamız AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Osloda Norveç yığmasının qonağı olacaq.
Qeyd edək ki, yoldaşlıq görüşünün stadionu və saatı hələlik açıqlanmır.