"Qarabağ" "Neftçi" üçün başlayır

"Qarabağ" Neftçi`ylə oyun üçün bir araya gəlir.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XXXI turunda "Neftçi"ni qəbul edəcək komanda bugündən etibarən derbi üçün hazırlığa başlayır. Aprelin 16-sından Bakını tərk edərək "Simurq"la çempionat və kubok qarşılaşması üçün Zaqatalaya yollanan Ağdam təmsilçisi dünən gecə Bakıya qayıtmışdı.

Bu günə komandanın tək məşqi nəzərdə tutulub. Qurban Qurbanovun yetirmələri 17:00-da bazadakı meydançada məşqə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı aprelin 25-i saat 19:00-da start götürəcək.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right