"Neftçi"nin futbolçusundan FIFA-ya şikayət edildi: Cəzalana bilər

Türkiyənin "Elazığspor" klubu azərbaycanlı futbolçu Cavid İmamverdiyevlə bağlı FİFA-ya şikayət ünvanlayıb.

Newsport.az-ın məlumatına görə, Elazığ klubunun belə bir addım atmasına səbəb futbolçunun bir müddət öncə klubun düşərgəsini icazəsiz olaraq tərk etməsidi.

"Elazığspor" isə bununla əlaqədar beynəlxalq futbol qurumuna şikayət etmək məcburiyyətində qalıb: "Artıq İmamverdiyevə görə FİFA-ya müraciət etmişik. Çünki o, komandanı icazəsiz tərk edib. Ona pul cəzası verilməsinə və bir il ərzində başqa komandalara keçməsinə qadağa qoyulmasına nail olmaq istəyirik".

Qeyd edək ki, İmamverdiyev müqavilə ilə "Neftçi"yə məxsus olsa da, "Elazığspor"da icarə əsasında çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right