"Neftçi"nin gerbi dəyişməyəcək!

Mətbuatda bu gün çıxan xəbərlərə inansaq, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə üzvü - klubun son prezidenti Sadıq Sadıqov arasında problem var.

Newsport.az-ın məlumatına görə, guya, buna  Çingiz müəllimin klubun embleminin dəyişdirilməsi təklifiylə çıxış etməsi və Sadıqovun da buna qarşı çıxması səbəb olub. Məsələylə bağlı kiçik bir araşdırma apardıq və bu xəbərlərin həqiqəti əks etdirmədiyini öyrəndik. Düzdür, Çingiz Abdullayev belə təkliflə çıxış edib, ancaq onun bu arzusunu birbaşa AFFA prezidenti Rövnəq Abdullayev dəstəkləməyib. İş ondadır ki, klubun hazırkı emblemi sonuncu dəfə Rövnəq müəllim kluba prezident təyin ediləndə dəyişdirilib və bu, şəxsən onun adıyla bağlıdır.

Yəni AFFA prezidenti klubun embleminin dəyişdirilməsinin əleyhinə olub. Üstəlik, bütün mətbuatın da buna qarşı çıxması Müşahidə Şurasının sədrinin heri addım atmasına səbəb olub. (goal.az)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right