Marian Oqnyanov "Qarabağ"a gəlir

Bolqarıstanın "Botev" klubunun yarımmüdafiəçisi Marian Oqnyanov karyerasını Azərbaycanda davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Onunla hansı klubumuzun maraqlandığı qeyd olunmayıb. Amma bildirilir ki, Azərbaycandan olan menecerlər Oqnyanovu Sofiya ÇSKA-sı ilə oyunda izləməyə imkan tapıblar. 26 yaşlı xavbekin "Botev"lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Belədə azad agentə çevriləcək futbolçu istədiyi kluba keçmək şansına malik olacaq. Marianın əvvəlki klubu "Levski" də onu geri qaytarmaq üçün çalışır.

Bolqarıstan mətbuatı daha öncə Oqnyanovla "Qarabağ"ın maraqlandığını yazmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right