"Neftçi" - "Qarabağ": finalda 2-ci duel

Azərbaycan Kuboku uğrunda yarışda yarımfinal mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, dünən keçirilən oyunlardan sonra finalçılar müəyyənləşib.

İlk oyunda Bakıda rəqibini 1-0 hesabı ilə məğlub edən “Qarabağ” çətin Zaqatala səfərində sərfəli heç-heçəyə imza atıb – 0-0.

Yarımfinalın digər cavab oyununda isə “Neftçi” iki oyunun nəticəsinə görə “İnter”i üstələyib. İlk oyunda rəqibini 2-0 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşündə 1-2 məğlub olmasına baxmayaraq, finala adlayıb.

Beləliklə, Azərbaycan Kubokunun finalında bütün çempionatlarımızda iştirak edən iki komanda “Qarabağ” və “Neftçi” üz-üzə gələcəklər. 

Məlumat üçün deyək ki, bu iki komanda Azərbaycan Kubokunun finalında indiyə qədər 1 dəfə qarşılaşıblar. 15.05.1996 tarixdə keçirilən oyun “Neftçi”nin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Vidadi Rzayevin bir dəfə fərqləndiyi oyunda Yunis Hüseynov dubulla yadda qalıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right