"Oyun çox çətin oldu. Gördüyünüz kimi səhvlərimiz oldu və bu səhvlər sayəsində 2 qol buraxdıq. Halbuki oyun başlayanda "İnter” bizdən çəkinirdi".
Bu sözləri Newsport.az-a açıqlamasında "Neftçi"nin gənc üzvü Rahil Məmmədov deyib.
Paytaxt klubunun futbolçusu daha sonra sözlərinə elə davam edib:
"Biz ilk oyunda qələbə qazandığımıza görə biz hesabı qorumağa çalışırdıq. Komandada ilk oyunum idi. Bu hissləri sözlərlə ifadə edə bilmirəm. İndi mənə məşqçilər tərəfindən şans verilib. Bu şansdan maksimum yararlanmağa çalışacağam.”