“İnter” dağılarsa, faciə olacaq" – Sxadadze

“Neftçi”ni finala çıxması, futbolçularımı isə yaxşı oyuna görə təbrik edirəm. Düşünürəm ki, bu gün çox sayda qol epizodu yaratdıq.  Bir qədər ustalıq səviyyəsi çatmadı. Eyni zamanda, bəxtsizlik də var idi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun yarımfinalında "Neftçi" ilə matçdan (2:1) sonra deyib.

 “Neftçi” doğma meydanında keçirdiyi oyunda qol buraxmamışdı, əvəzində 2 qol vurmuşdu. Bütün bunlar cavab oyunu üçün üstünlük idi" deyə o bildirib.


Gürcü mütəxəssis "İnter"in dağılma ehtimalı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“İnter” dağılarsa, faciə olacaq. Çünki “İnter” “Neftçi” və “Qarabağ”la birgə Azərbaycan futbolunun adını yüksəldib. Ümid edirəm ki, yeni gələcək rəhbərlər bu komandaya  diqqət ayıracaqlar. “İnter”i yaşatmaq onların borcudur. Çünki “İnter” Azərbaycanın öndə gedən klublarından biridir”.   





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right