Arif Əsədov: "Kuboku unudub çempionata hazırlaşmalıyıq"

"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan kubokunun yarımfinalında "İnter"lə cavab matçını  (1:2) şərh edib.

Newsport.az-ın məlumatına görə, o, qarşılaşmanın çətin keçdiyini söyləyib:

"İlk matçdakı qələbədən sonra cavab oyununa ciddi hazırlaşmışdıq. Çünki ikinci görüşün çətin keçəcəyini bilirdik. Sevindirici haldır ki, “Neftçi” ardıcıl 4-cü dəfə kubokun finalına yüksəldi. Digər tərəfdən gənc oyunçu Rahil Məmmədovu kəşf elədiyimiz üçün sevinirəm".

A.Əsədov onu da qeyd edib ki, kubok görüşünü unudub, çempionat oyunlarına hazırlaşmalıdırlar.

Qeyd edək ki, "Neftçi" iki qarşılaşmanın nəticəsinə (2:0, 1:2) əsasən finala yüksəlib.(pfl.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right