Çempionlar Liqasının III təsnifat mərhələsində "Mölde" qarşısında mübarizəni dayandıran "Qarabağ"ın hücumçusu Mahir Emreli "Instagram" hesabında paylaşım edib.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı hücumçu qarşılaşmada qol vurmadığı üçün tənqidlərə cavab verib. O, hekayə bölümündə bu barədə paylaşıb:
"Kölgədə duranın kölgəsi olmaz. Sən günəşdə duracaqsan ki, kölgən olsun. İnsanlar da sənin kölgənə yığılsınlar".
