"Simurq"da şok itki

Tarixində ilk dəfə ölkə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanan "Simurq" bu gün “Qarabağ”la həlledici oynuna çıxacaq.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Zaqatala təmsilçisi son çempionla görüşə ciddi itki ilə çıxacaq.

Komandanın kapitanı İlkin Qırtımov sarı vərəqə limitini doldurduğuna görə bu matçda forma geyinə bilməyəcək.

Qeyd edək ki, “Simurq” – “Qarabağ” matçı saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right