“Qəbələ”dən ayrılan futbolçu Super Liqa yolunda

Son klubu “Qəbələ” olan Abdelrafik Jerar karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, fransız yarımmüdafiəçi bir neçə Türkiyə klubuyla danışıqlar aparır.

Bu barədə “Footmercato” portalı məlumat yayıb. Jerarı transfer etmək istəyən klublardan biri də Super Liqa təmsilçisi “Kasımpaşa”dır.

27 yaşlı futbolçu 2020-ci ilin yanvarında “Qəbələ” ilə 1,5 illik müqavilə imzalasa da, mövsümün sonunda komandanı tərk etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right