"Qalatasaray" Bakıya bu futbolçularla gəlir

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray”ın Bakıya gələcək heyəti açıqlanıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə təmsilçisinin heyətində 20 futbolçu yer alıb. 23 oyunçudan ibarət siyahıdan Oqenekaro Etebo, Yunus Akgün və Ali Yavuz Kol çıxarılıb.

Baş məşqçi Fatih Terim Bakıya bu futbolçuları gətirir: 

Qapıçılar: 34. Okan Kocuk, 99. Fatih Öztürk

Müdafiəçilər: 2. Şener Özbayraklı, 3. Omar Elabdellaui, 14. Martin Linnes, 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Sarakki, 45. Markao Teyşeyra

Yarımmüdafiəçilər: 4. Taylan Antalyalı,  15. Rayan Donk, 10. Yunes Belhanda, 21. Cimmi Durmaz, 54. Əmrə Kılınç, 89. Sofian Fequli,  66. Arda Turan

Hücumçular: 8. Rayan Babel, 9. Radamel Falkao, 77. Jesse Sekidika, 90. Mbaye Dian.

Komanda bu gün Bakı vaxtı ilə saat 12:00-da ölkəmizə yola düşəcək.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right