“Xəzər Lənkəran”dan transfer qadağası ilə bağlı- Açıqlama

Az öncə "Xəzər Lənkəran" klubuna FİFA-dan transfer qadağası qoyulması barədə xəbəri diqqətinizə çatdırmışdıq.

Məsələyə aydınlıq gətirmək üçün Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.

Klub rəsmisi Newsport.az-a açıqlamasında bunları dedi:

"Düzdür, Muharemovic bizə qarşı 2011-ci ildə iddia qaldırıb. Həmin iddiada klubdan 80 min dollara yaxin təzminat istəyib. Lakin onun tələb etdiyi məbləğə klub rəhbərliyi tərəfindən heç kim imza atmayib. Biz futbolçunun Avstriyada baxışda olduğunu və hətta komanda ilə səfərə getdiyini bilirdik. Amma sonda baş məşqçi ondan imtina etdi. 3 ildən sonra FIFA da futbolçunun maddi iddiasini təmin etmədi. O ki qaldı transfer qadağasına, belə bir qadağa olduğu halda adətən FIFA saytında acıqlama verir. Nece ki, keçen il "Barselona"ya, hemçinin illər öncə "Çelsi" və "Roma"ya qoyulan qadağalar barəsində press-relizler yayılıb. Belə bir açıqlama və ya kluba məktub daxil olmayıb. Deyirsiniz ki, klubun gəncləşdirmə siyasəti qadağa ilə eyni vaxta düşüb. Məncə  qadağa olduğu halda ilk növbədə oyunçuları komandada saxlamaq daha məntiqli olardı, bizim halda isə futbolçuların əksəriyyəti ilə yollar ayrılıb, heyətə gənclər qatılıb. Ona görə bu parallelin aparılması ümumiyyətlə ağlabatan deyil."

AFFA isə öz növbəsində onlara qurum tərəfindən məktubun gəldiyini və bunu kluba göndərildiyini bildirib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu saytımıza açıqlamasında xəbəri təsdiq edib:

"Ötən ilin sonunda FİFA-dan AFFA-ya belə bir məktub daxil olub. AFFA öz nöbəsində bunu "Xəzər Lənkəran"a təqdim edib".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right