Ermənilər azərbaycanlı futbolçunu qətlə yetirdi

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 28 yaşında ikən vəfat edib. 

Newsport.az-ın məlumatına görə, E.Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib.

Onun ermənilərlə dava zamanı bıçaqlandığı bildirilir. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarında oynayıb. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. Abşeron"un da dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb.(Report.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right