16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olub.
Newsport.az-ın xəbərinə görə, yığmamız Bayıl stadionunda keçirilmiş son oyunda Yunanıstan komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 4:2 (ümumi nəticə - 5:3) hesabı ilə qalib gəlib.
Turun “Dalğa Arena”da keçirlmiş digər oyununda isə Qazaxıstan yığması gürcüstanlı futbolçulara qalib gəlib – 1:0.
19 aprel
Qazaxıstan – Gürcüstan 1:0
Azərbaycan – Yunanıstan 1:1 (4:2 – pen.)