Öncə Yohan Valem, sonra Canni De Byazi

Sabah UEFA Millətlər Liqası turniri çərçivəsində Azərbaycan millisi səfərdə Kipr komandası ilə qarşılaşacaq. Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüş öncəsi hər iki yığmanın baş məşqçisinin keçirəcəyi mətbuat konfransının vaxtı müəyyənləşib.

Bildirilir ki, əvvəlcə Bakı vaxtı ilə saat 13:00-da ev sahibi Kipr millisinin çalışdırıcısı Yohan Valem mətbuat önünə çıxacaq. Saat 21:45-də isə komandanın ilk 15 dəqiqəsi mətbuata açıq məşqi keçiriləcək.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi isə saat 19:30-da görüş barəsində fikirlərini bildirəcək. Yığmamız 20:00-da oyunun baş tutacağı GSP stadionunda qarşılaşma öncəsi son hazırlığına çıxacaq.

 Qeyd edək ki, Kipr – Azətrbaycan matçı sabah saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right