"Qəbələ"nin hücumçusu Viktor Mendi "Neftçi" ilə matçdan sonra Newsport.az-a müsahibə verib:
- Matçla bağlı nə deyəcəksən? Gözləniləndən də artıq yaxşı çıxış etdiz..
- Demədim ki, gözlənilməz oyun göstərdik. Çünki biz onsuz da ardıcıl qələbələr qazanırdıq. Yaxşı da oynayırdıq. Hələ düşünürəm ki, "Neftçi"yə qarşı bir az zəif oynadıq. O biri görüşlərdə daha yaxşı oynamışdıq. "Neftçi"yə qarşı daha çox müdafiə olunduq. Əks-hücumlarda rəqibə qol vura bildik. Əsas odu, sonda nəticə bizim xeyrimizə oldu.
- "Neftçi" ilə xal fərqi üçə endi. Hədəf üçüncülük uğrunda oynamaqdı, yoxsa elə sadəcə avrokuboklara yollanmaqdı?
- Fikrimizi üçüncü yerə yönəltmək istəmirik. Gördüyümüzü işi oyundan-oyuna daha yaxşı vəziyyətə çatdırsaq, onsuz da, üçüncülük özü gələcək.
- Oyunda gərginlik var idi. Bu oyunun ağırlığından irəli gəlirdi, yoxsa başqa səbəblər var idi?
- Bu matçı derbi də adlandırmaq olardı. Çünki ən yaxşı komandalardan birinə qarşı oynayırdıq. Hər iki tərəf də qələbə qazanmaq istəyirdi. Ona görə bəlkə də kənardan hər şey gərgin görünürdü.
- Yeddinci qələbəni qazandız. Nə dəyişdi ki, bu ardıcıl qələbələ gəldi?
- Hesab edirəm ki, komandamız yaxşı oyun nümayiş etdirməyə çalışır. Oyunçular bir-birimizi daha yaxşı tanımağa başladıq. Mövsümün əvvəlində bir-birimizi yaxşı başa düşmürdük. Amma zaman keçdi və hamımız bir-birimizi yaxşı tanıdıq. Beləliklə də yaxşı nəticələr qazandıq.
- Qarşıdan avrokuboklar gəlir. "Qəbələ" də 80 faiz bu işi həll edib. Komandadan avrokuboklarda hansı nəticəni gözləmək olar? Yaydaki biabırçılıq təkrarlanaaq, yoxsa Roman Qriqarçukla uğurlu səhifə yazılacaq?
- Bir az öncə dediyim kimi, həmin ərəfədə yeni oyunçularımız gəlmişdi. Ona görə bir-birimizin oyununu anlaya bilmirdik. Ona görə də nəticə elə olmuşdu. İndi bizim əsas fikrimiz çempionatdadı. Bu dəqiqə avrokubok haqda düşünmək istəməzdim. Çempionat yekunlaşsın, sonra baxarıq.
- Qol vurduqdan sonra qolunu göstərirdin. Nə demək istəyirdin?
- Bu bizim həkimlə, tibbi personalla olan xüsusi təbrikimizdi. Biz təbrikimizi belə paylaşırıq.