"Neftçi"nin kapitanı Flavinyonun zədəsi ciddidir.
Newsport.az-ın xəbərinə görə, bu barədə komandanın baş məşqçisi Arif Əsədov “Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında məlumat verib.
Əsədovun sözlərinə görə, braziliyalı yarımmüdafiəçi cari mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Flavinyo Azərbaycan Premyer Liqasının 29-cu turunda "Xəzər Lənkəran"a qarşı keçirilən oyundan sonra ayğından zədələnib.