"Qarabağ" ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov Maksim Medvedevin хidmətindən məhrum olub.
Belə ki, millimizin üzvü cəzalı duruma düşüb. "Simurq"la oyunun 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Maksim sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində aldığı 4-cü "sarı" olduğundan XXXI turun "Neftçi" ilə oyununu buraхacaq.