"Qəbələ"nin forvardı Viktor Mendi "Neftçi" ilə matçdan sonra Newsport.az-a açıqlama verib. "Neftçi"nin qapısına qol vuran forvard oyunla bağlı belə danışıb: "Demədim ki, gözlənilməz oyun göstərdik. Çünki biz onsuzda ardıcıl qələbələr qazanırdıq.
Yaxşı da oynayırdıq. Hələ düşünürəm ki,"Neftçi"yə qarşı bir az zəif oynadıq. O biri görüşlərdə daha yaxşı oynamışdıq. "Neftçi"yə qarşı daha çox müdafiə olunduq. Əks-hücumlarda rəqibə qol vura bildik. Əsas odu sonda nəticə bizim xeyrimizə oldu".
Mendi üçüncülük uğrunda mübarizə aparacaqlarını da bildirib: "Fikrimizi üçüncü yerə yönəltmək istəmirik. Gördüyümüzü işi oyundan-oyuna daha yaxşı vəziyyətə çatdırsaq, onsuzda üçüncülük özü gələcək".
"Bu matçı derbi də adlandırmaq olardı. Çünki ən yaxşı komandalardan birinə əqarşı oynayırdıq. Hər iki tərəf də qələbə qazanmaq istəyirdi. Ona görə bəlkə də kənardan hər şey gərgin görünürdü" deyə Mendi fikirlərini yekunlaşdırıb.