Roman Qriqorçuk: "İnkişaf etmək özü bir bacarıqdır"

Premyer Liqanın XXX turuna "Bakcell Arena"da yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Neftçi" – "Qəbələ" görüşü qonaqların 3-1 hesablı qələbəsi ilə yekunlaşıb. Əyaalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı bunları deyib: 

"Çox vacib qələbə qazandıq. Yaxşı nəticə əldə etdik. Futbolçularımın oyunu xoşuma gəldi. Hər bir oyunçu özünə güvənirdi. Düzdür, ilk hissədə "Neftçi" hesabı bərabərləşdirdi. Amma biz özümüzə daha çox güvəndik və qollar vurduq. Qələbə onu göstərdi ki, biz psixoloji cəhətdən hazırıq. Mən komandama hər zaman inanıram. Son oyunlar onu göstərir ki, mən və komandam düzgün yoldayıq. “Qəbələ” hazırda yaxşı oyun sərgiləyir. Bu hələ ki, bizim start meydançamızdır. Daha da inkişaf etməliyik. İnkişaf etmək özü bir bacarıqdır. Çalışmalıyıq ki, daha da irəli gedək. Topaz Premyer Liqasında zəif komanda yoxdur. Futbolçularımın hər biri öz işindən həzz almalıdır. Ardıcıl qələbələr əlavə motivasiyadır. İndiki qələbə oyunçuları növbəti gözəl oyunlara kökləyir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right