Çixradze: "Məğlubiyyətə layiq deyildik"

Premyer Liqanın 30-cu turu çərçivəsində "Simurq" doğma meydanda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi George Çixradze məğlubiyyətə layiq olmadıqlarını bildirib:

“Sərgilədiyimiz oyuna baxsaq, bu gün biz məğlub olmamalı idik. Ardıcıl çətin oyunlar keçirmişdik. Buna görə heyətdə müəyyən dəyişikliklərə getmişdik. Ümumi səhvlər buraxdıq. Bu da qolla nəticələndi. İndi istirahət etməli və növbəti oyuna hazırlaşmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right