Azərbaycan UEFA reytinqində gerilədi

Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra UEFA ölkələrin reytinq cədvəlini yeniləyib. 

Newsport.az xəbər verir ki, "Neftçi"nin evdə Şimali Makedoniya "Şkupi"sinə 2:1 hesabı ilə qalib gəlməsinə (0,375 xal) baxmayaraq, Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib.

Ötən gün 25-ci pilləni ölkəmizə təhvil verən rumınlar Avropa Liqasında 2 qələbə və 1 heç-heçə ilə reytinqini 15,950-yə çatdırıb və yenidən əvvəlki mövqeyinə yüksəlib. Aktivində 15,875 xal olan Azərbaycan isə 26-cı sııraya düşüb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarından sonra Azərbaycan "Qarabağ"ın Moldova "Şerif"i üzərində 2:1 hesablı qələbəsi sayəsində Rumıniyanı üstələyərək 25-ci sıraya yüksəlmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right