"Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, son saniyələrdə qol buraxdıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Gənc mütəxəssis Premyer Liqanın XXX turunun AZAL-la oyununda qeydə alınan 1:1 hesablı bərabərliyə şərh verib:
"Hər halda son oyunlar onu göstərir ki, yayda komandada dəyişikliklər olmalıdır. Əgər oyunçu yaxşı futbol sərgiləmirsə, dəyişikliklərə ehtiyac var. Problem ondadır ki, zədəli oyunçularımız az deyil. Freddi Mombonqo isə cəzalı idi. Bu problemə görə meydançaya gənc Aydın Qasımovu buraxmışdıq. Heyətdəki problemlər mənim işimi çətinləşdirir. Bütün bunlara baxmayaraq, 1 xal qazandıq. Bir xal da qənimətdir".