“Rəvan”ın futbolçusu Elgün Abbaslının newsport.az-a müsahibəsi.
-Zədə səbəbindən ötən tur komandana kömək edə bilmədin. Hazırda durumun necədi?
-Şükür Allaha ki, artıq düzəlib. Üç gündü məşqlərə başlamışam. Bütün gücümlə hər bir oyunda olduğu kimi qarşıdkaı oyunlarda da komandama maksimum dərəcədə kömək etməyə çalışacam.
-Son iki turda komandanız olduqca çətin qələbələr qazandı. Sanki qarşıdkaı oyunlarda xal itirəcəksiniz kimi görünür. Qorxmursuz?
-Təbii ki, hər oyunu eyni formada oynamaq olmur. Çempionluğa gedən yolda çətin oyunlar daha çox olur. Ancaq biz komanda olaraq, oyunçular olaraq özümüzə çox güvənirik. inşAllah hər oyundan üzüağ çıxacağıq.
-İddiasız komandalar sizinlə oyuna başqa motivasiyada çıxırlar. Bununla bağlı nə deyərdin?
-Hər bir komanda meydana qələbə üçün çıxır. O da bundan irəli gəlir. Əgər rəqibiniz çempionluğa oynayan komandadırsa o zaman bu matça xüsusi hazırlaşırlar.
-Növbəti turda rəqibiniz “Qaradağ Lökbatan” olacaq. Çətin oyunla bağlı nə deyərdin?
-“Qaradağ Lökbatan” çempionatda ən çətin rəqiblərdəndi. Bilirik ki, bizi ağır oyun gözləyir. Ancaq biz var gücümüzü ortaya qoyub qalib gəlməliyik. Və bundan sonrakı oyunlara da yüksək ab-havad açıxmaq istəyirik.
-Ardıcıl iki çətin oyun size gözləyir. Öncə “Qaradağ Lökbatan” və çempionluğu həll edə biləcək “Neftçala” ilə matç…
-Hazırda tək düşündüyümüz oyun “Qaradağ Lökbatan”la matçdı. Bu oyunda vacib olan 3 xlaı qazanmalıyıq. Bundna sonra digər oyunlar haqda danışmaq olar.