Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 30-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, lider "Simurq" doğma meydanda "Qarabağ"ı qəbul edib. Qarşılaşma Zaqatala təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ" səfərdə "Neftçi" ilə üz-üzə gəlib. Sözügedən matçda qalib müəyyənləşməyib - 1:1.
Turun digər oyununda "Bakı" "İnter"lə bərabərə qalıb - 1:1. AZAL - "Sumqayıt" görüşündə də eynihesablı nəticə qeydə alınıb.
16 aprel
Əvəzedicilərin çempionatı, 30-cu tur
AZAL - “Sumqayıt” - 1:1
Qollar: İsa Zeynalov, 22 (1:0), Orxan Əliyev, 34 (1:1)
“Bakı” - “İnter” - 1:1
Qolar: Mirsahib Abbasov, 47 (0:1), Müşfiq İlyasov, 71 (1:1)
“Simurq” - “Qarabağ” - 2:0
Qollar: Nicat Muxtarov, 55 (1:0) Vüsal İsgəndərov, 65 (2:0)
“Neftçi” - “Qəbələ” - 1:1
Qollar: Tellur Mütəllimov, 25 (0:1), Fəhmin Muradbəyli, 41 (1:1)