Azərbaycan futbolunun veteranı Nazim Süleymanov 50 illik yubileyinə həsr olunmuş "Bitməyən matç" kitabının təqdimatı ilə bağlı fikirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, bu sözləri veteran futbolçu, U-19-un baş məşqçisi Nazim Süleymanov deyib:
"Kitabın təqdimat mərasiminə gələn hər bir kəsə öz təşəkkürümü bildirirəm. Şadam ki, Çingiz Abdullayev də gələnlər arasındadır. Belə bir günü dostlarla paylaşmaq çox xoşdur. Kitab əbəs yerə "Bitməyən matç" adlandırılmayıb. Bəzən mənə sual verirlər ki, “Nazim, 1996-cı ildə “Qızıl oyun”da həmin qolu niyə vura bilmədin?” Halbuki heç kim ona qədər qazanılan uğurları yada salmır. Mən bu matçı məşqçilik karyeramdakı uğurlarla başa vurmaq istəyirəm".