Bu gün Bakıda 16 yaşadək qızlardan ibarət komandalar arasında UEFA-nın İnkişaf turnirinə start veriləcək.
Newsport.az-ın məlumatına görə, yığmamız da bu gün ilk sınağına çıxacaq. Komandamız Gürcüstan seçməsi ilə qarşılaşacaq.
Turun digər oyunu isə “Dalğa Arena”da keçiriləcək. Bu stadionda Yunanıstan və Qazaxıstan milliləri üz-üzə gələcəklər.
UEFA-nın İnkişaf turniri
16 aprel
16:00. Azərbaycan – Gürcüstan - 5:0
Qollar: Çağla Miray Kanpara, 13 (1:0), Dilgə Uyğun, 22 (2:0), Haticə Özdəmir, 30 (3:0), Vüsalə Seyfəddinova, 61 (4:0), Dilgə Uyğun, 64 (5:0)
Bakı. Bayıl stadionu
Yunanıstan – Qazaxıstan - 10:0
Bakı. “Dalğa Arena”