Tuyqun Nadirov: "Bu məsələnin bizə heç bir təsiri olmayıb"

Ötən gün Klublar Komitəsinin iclası keçirildi. Təxminən 4 saatdan çox çəkən iclasdan sonra komitənin rəhbəri Tiyqun Nadirov jurnalistlərin sualların cavablandırdı.

Newsport.az-ın məlumatına görə, əməkdaşımızın da iştirak etdiyi müsahibəni təqdim edirik: 

- İclasda hansı məsələlər müzakirə edildi?

- Klubları düşündürən aktual mövzular var ki, onları müzakirə etdik. Məsələn, oyunların yayım məsələsini. AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasında bu məsələdə klubları dəstəklədiyini bildirmişdi və qərara gəlinmişdi ki, vəsait ödəməyə hazır olan və tenderdə qalib gələn telekanal oyunları yayımlayacaq. Digər məsələ legioner futbolçulara görə federasiyaya rüsum, üzvlük haqqı ödənilməsi idi. Bilirsiz ki, hər bir klub milli komandanın üzvü olmayan legioner futbolçunu sifariş edəndə ona görə 20 min pul ödəyir. Bu, o vaxt qəbul olunmuşdu ki, onda nə legioner limiti var idi, nə miqrasiya xidməti fəaliyyət göstərirdi. Hazırda məhdudlaşdıran mexanizm, yəni legioner limiti və miqrasiya xidməti var. Bu faktor da klublarımızın durumuna təsir edir. Hesab edirik ki, 3 legioner futbolçu pulsuz sifariş olunmalıdı. Bu, dünya praktikasında da var. Bura millinin futbolçuları aid deyil. Eyni zamanda, 30 yaşlı əcnəbi oyunçu ilə müqayisədə 21-23 yaşlı legioner futbolçular arasında fərq qoyulmasını istəyirik. Bu mexanizm hazırlanıb, ortaya qoyulacaq. Bir incə məsələ də var. Biz legionerlə 6 aylıq müqavilə imzalayanda ona görə üzvlük haqqı ödəyirik. Sonra onun sözləşməsini yeniləyəndə bir daha pul ödəməli oluruq. Belə çıxır ki, 1 yerə görə 2 dəfə pul ödəyirsən. Bu da klubların durumu ilə düz gəlmir. Çalışmaq lazımdı ki, klubların xərclərini azaldıb, gəlirlərini artıraq. Digər məsələ





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right