Azərbaycan Premyer Liqasının 30-cu turunun bir oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, turun qapanış matçı - "Neftçi" - "Qəbələ" qarşılaşması "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı olaraq azarkeşlərə nümayiş etdiriləcək.
Qeyd edək ki, aprelin 17-də keçiriləcək oyun sata 20:00-da başlayacaq.